• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 5-də təhsil naziri Misir Mərdanov Fransanın Pyer və Mari Küri Paris VI Sarbon Universitetinin vitse-prezidenti, Paris Universitetlər İttifaqının Baş katibi Gilbert Bereziat, qeyd olunan universitetin beynəlxalq əlaqələr üzrə direktoru Sabine Lopez və Fransanın ölkəmizdəki səfirliyinin müvafiq əməkdaşları ilə görüşüb

Qonaqları səmimi salamlayan Misir Mərdanov onları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib.
Fransa ilə Azərbaycan arasında mövcud əlaqələrin son illər daha da inkişaf etdiyini və bu əlaqələrin tarixini diqqətə çatdıran nazir bildirib ki, hazırda qeyd olunan ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayı çoxalıb. Nazir Fransa universitetləri ilə qurulan sıx əməkdaşlıqdan, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın təsdiqindən sonra əlaqələrin daha da inkişafına əlverişli şərait yaranmasından, bu ölkənin KNOUS təşkilatı ilə imzalanan müqavilədən də söz açıb. Nazir həmçinin 40-a yaxın azərbaycanlı gəncin hazırda Fransanın universitetlərində təhsil aldığından bəhs edib.
Görüşdə Misir Mərdanov Fransa universitetləri ilə əlaqələrin genişləndirilməsi, ölkəmizin orta məktəblərində fransız dilinin xarici dil kimi tədrisinin yaxşılaşdırılması ilə bağlı təkliflərini irəli sürüb.
Paris Universitetlər İttifaqının Baş katibi Gilbert Bereziat səmimi qəbul üçün nazirə təşəkkür edib. Rəhbərlik etdiyi təşkilat və təmsil olunduğu universitet barədə məlumat verən qonaq öz çıxışında səmərəli əməkdaşlığın qurulması üzrə məsələlərə də toxunub.
Sonra cənab Bereziat kənd təsərrüfatı və texniki ixtisaslar üzrə tələbə seçimi, təbiət elmləri və tibb sahəsində əlaqələrin qurulması, eləcə də ölkəmizdə fəaliyyət göstərən Fransız dili Tədrisi Mərkəzində müəllimlərin sayının artırılmasından da söz açıb.
Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tələbə mübadiləsinin aparılması, müxtəlif mövzular əhatə olunmaqla beynəlxalq elmi konfransların keçirilməsi və ikitərəfli təhsil əlaqələrinin qurulması məsələləri də müzakirə olunub.


8 il əvvəl