• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyunun 3-də Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfrans keçirilib.

Konfrans “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi tərəfindən təşkil olunub. Konfransda Ağstafa, Tovuz, Qazax rayonlarının məktəb direktorları, təhsil şöbələrinin işçiləri, müəllimlər, habelə, Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin bu sahə üzrə tərəfdaş təşkilatları, Bakı şəhərindəki orta məktəblərdən İKT-nin tətbiqi üzrə aparıcı müəllimlər iştirak ediblər.
Konfransda çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova informasiya texnologiyaları vasitəsilə tədrisin daha yüksək səviyyədə qurulmasının vacibliyini vurğulayıb və Ağstafa rayonunda təhsilin informasiyalaşdırılmasına xüsusi diqqət yetirildiyini qeyd edib.
Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov öz çıxışında Dövlət Proqramı çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verib. Təhsil sisteminin informasiyalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanıldığını nəzərə çatdıran S.Məmmədov Azərbaycanın digər regionlarında da belə konfransların keçiriləcəyini bildirib.
Konfransda “Mədəd” təşkilatının icraçı direktoru Elbrus Zərbəliyev “Tədrisdə yeni imkanlar, dünya təcrübəsindən istifadə” mövzusunda təqdimatla çıxış edərək diqqətə çatdırıb ki,  bugünədək “Mədəd” təşkilatı 2 mindən çox orta məktəbdə çalışan 40 mindən artıq pedaqoji işçi və inzibati idarəetmə heyətinə treninqlər keçib.
AZEDUNET təşkilatının direktoru Səməd Abbasov Azərbaycan təhsil şəbəkəsi haqqında geniş məlumat verərək vurğulayıb ki, vahid təhsil şəbəkəsinin mövcudluğu təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan verir. Hazırda 500 təhsil müəssisəsinin Azərbaycan təhsil şəbəkəsinə qoşulduğunu qeyd edən təşkilat direktoru cari ildə daha 500 təhsil müəssisəsinin bu şəbəkəyə qoşulacağının nəzərdə tutulduğunu açıqlayıb.
Konfrans çərçivəsində “Elektron təhsil resursların yaradılması”, “İnternet tədris vasitəsi kimi”, “Elektron məktəb”, “İntel-Gələcək üçün təhsil” layihələri və “İnnovativ müəllim” müsabiqəsi mövzularında dəyirmi masalar keçirilib.


8 il əvvəl