• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupu bu günlərdə Türkiyənin Fəthiyə şəhərində beynəlxalq “23 Nisan Cocuq Festivalı”nda iştirak edib.

20 ölkənin uşaq rəqs kollektivinin iştirakı ilə keçirilən beynəlxalq festivalda xüsusilə fərqlənən kollektiv minlərlə tamaşaçı qarşısında Azərbaycanı layiqincə təmsil edib. Festival çərçivəsində “Qızıl günəş” adı altında rəqs yarışması keçirilib. Kipr, Bolqarıstan, Rumıniya, Yunanıstan, İndoneziya, Rusiya, Gürcüstan, Litva və digər ölkələrdən gələn rəqs qrupları gözəl rəqslər nümayiş etdiriblər.
“Azəri inciləri” rəqs qrupunun 3 rəqsi (Nəlbəki, Naz eləmə, Qaytağı) özündə birləşdirən kompozisiyası tamaşaçıların alqışları ilə qarşılanıb. Münsiflər heyəti qrupun çıxışına yüksək qiymət verib, rəqqaslarımız III yeri tutub və medallar qazanıblar.
Fəthiyə şəhərində keçirilən böyük qala konsertdə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Dram” dərnəyinin üzvü Elnur Əliyev Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini ifa edib. Tamaşaçılar onun çıxışını sürəkli alqışlarla qarşılayıblar. Sonra rəqs qrupumuz öz şux rəqsləri ilə konserti daha da rövnəqləndirib. Çıxışdan sonra şəhər bələdiyyəsinin rəhbəri kollektivə uğurlar arzulayıb, hədiyyə və medalları uşaqlara təqdim edib.


8 il əvvəl