• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 12-də Təhsil Nazirliyində Braziliya Federativ Respublikasına tədris səfəri etmiş nümayəndə heyətinin təqdimat-məruzəsi dinlənilib.

Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq bildirib ki, nümayəndə heyəti Braziliya Federativ Respublikasının təhsil sistemini və həyata keçirilən islahatları öyrənmək məqsədi ilə Braziliyada tədris səfərində olub.
Təhsil nazirinin müavini İsgəndər İsgəndərov Azərbaycan təhsil işçilərindən ibarət nümayəndə heyətinin Braziliya Federativ Respublikasının təhsil sistemini və həyata keçirilən islahatları öyrənmək üçün 10-16 aprel 2010-cu il tarixli tədris səfəri haqqında təqdimat-məruzə edib. İsgəndər İsgəndərov Braziliya Federativ Respublikasında təhsil sisteminin strukturu və təhsilin idarə olunması qaydaları barədə ətraflı məlumat verib. Braziliyada dövlətə məxsus tədris müəssisələrinin daha nüfuzlu olduğunu qeyd edən nazir müavini bu ölkədə kurikulum islahatlarına 2006-cı ildən başlanıldığını nəzərə çatdırıb. Azərbaycanla Braziliya arasında təhsilin müxtəlif pillələri üzrə tədris ocaqları ilə təhsilalanların nisbət fərqini müqayisə edən İ.İsgəndərov dərslik siyasəti, təhsilin idarəolunması sahəsindəki tədqiqatlar, qiymətləndirmə proqramları, büdcədən təhsilə ayrılan vəsait və digər müvafiq məsələlər haqqında ətraflı söhbət açıb.


8 il əvvəl