• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı şəhərindəki 1 nömrəli uşaq evinin rəqs kollektivi bu günlərdə Türkiyənin İzmir şəhərində keçirilən beynəlxalq “23 Nisan Cocuq Festivalı”nda iştirak edib.

Uşaq evinin “Azəri” milli rəqs ansamblı 15 ölkənin iştirakı ilə keçirilən beynəlxalq festivalda uğurla çıxış edib və tamaşaçıların rəğbətini qazanıb. Rəngarəng və maraqlı çıxışlarına görə uşaq evinin yetirmələri festivalda fəxri fərman və medallarla təltif olunublar.
Onu da qeyd edək ki, uşaqlar əvvəlcədən seçilmiş ailələrdə yerləşdiriliblər. Festivalın son günü Qaziemir bələdiyyəsinin başqanı Xəlil İbrahim Şenol festivalda iştirak edən ölkələrin nümayəndələri ilə görüşüb. Azərbaycanlı uşaqlar bələdiyyə başqanına xatirə hədiyyələri təqdim ediblər.
Festivalın təşkilatçıları uşaqlar üçün ən görməli yerlərə gəzintilər də təşkil ediblər. Belə ki, uşaq evinin yetirmələri İzmirin ən məşhur heyvanat parkında, Egey dənizi gəzintisində, “Uzay-Space Kamp” beynəlxalq astronomik, aerokosmik texnologiya, kosmik tədqiqatlar tədrisi mərkəzində olub və müqəddəs Məryəmin məzarını ziyarət ediblər.
Uşaqlar digər ölkələrdən gəlmiş festival iştirakçıları ilə yaxından ünsiyyət qurub və onlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” kitablarını və Xocalı soyqırımını əks etdirən diskləri təqdim ediblər.


8 il əvvəl