• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprel ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 1003 müraciət daxil olub.

Müraciətlərin 919-u (91.6%) telefonla, 84-ü (8.4%) elektron poçt vasitəsilə qəbul edil­ib. Daşıdığı informasiyanın əhəmiyyətindən, mövzusundan asılı olmayaraq bütün müraciətlər dinlənilib və qeydə alınıb. Xüsusi araşdırma tələb edən mü­ra­ciətlər aidiyyəti qurumlara göndərilərək müvafiq qaydada araşdırılıb, ün­van­lı mü­raciətlər isə yazılı şəkildə cavablandırılıb.
Ötən aylarda olduğu kimi müraciətlərin böyük əksəriyyəti yenə də ano­nim­ olub, sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. Aprel ayı ərzində “Qaynar xətt” xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI si­nif­lərində mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nə­ti­cə­lə­ri, bu imtahanların təşkili və keçirilməsi ilə əlaqədar rəy və təkliflər, müəllimlərin işə qə­bulu üzrə yeni mexanizmin gələcəkdə geniş tətbiqinin səmərəliliyi barədə mü­la­hizələr, Respublika fənn olimpiadalarının və Beynəlxalq olimpiadaların təşkili, ke­çirilməsi və nəticələri, xaricdə təhsil, xarici ölkələrin təhsil müəs­si­sə­lə­rindən verilmiş təhsil sənədlərinin tanınması qaydaları ilə əlaqədar olub. Hə­min müraciətlər ümumi sorğuların 75-80 faizindən çoxunu təşkil edib. Başqa sor­ğularda isə müəllimlərin əmək haqqının dərəcələr üzrə hesablanması qay­da­ları, təhsil sənədlərinin alınması və sair məsələlərlə bağlı olub.
Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı mü­ra­ciətlərin böyük əksəriyyəti Bakı şəhərindən, bir qismi isə Gəncə, Sumqayıt və Şir­van şəhərlərindəndir. Bakıdan 74, Sumqayıtdan 5, Gəncədən 3, Min­­gə­çevirdən 3, Şirvandan 1 müraciət daxil olub. Rayonlar üzrə Abşeron, Go­ran­boy, Qəbələ, Gədəbəy, Şamaxı, Cəlilabad, Lənkəran, Biləsuvar, Fizuli və Şa­ma­xıdan daha çox müraciət qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəs­sisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində ça­tış­mazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər mə­sələlər öz əksini tapıb.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciət əsasında Bakı şəhərinin 63 nömrəli mək­tə­bdə yaranmış vəziyyət araşdırılıb, burada şagird-müəllim-vali­deyn münasibətlərinin düzgün qurul­ma­sı, sanitar-gigiyenik nor­ma­lara əməl olunması istiqamətində zəruri iş­lərin aparıl­ma­dığı müəyyən olunub, mək­təbin direktoruna töhmət elan edilib. Daxil olmuş digər müraciətlər əsasında Cəlilabad şəhər 1 və 8 saylı mək­təb­lər­də­ki vəziyyət araşdırılıb, işdə yol verdikləri nöq­san­la­ra görə hər iki məktəbin direktoru tutduqları vəzifədən azad olun­ublar.
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət etmiş şəxslərdən onların şi­ka­yət­lərinə operativ şəkildə baxıldığına görə təşəkkür məktubları da daxil olub.


8 il əvvəl