• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akt zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə gerçəkləşdirilən "İstedadlı şagirdlərin potensial imkanlarının inkişaf etdirilməsinin optimal yolları" mövzusunda elmi-metodik konfransın yekun toplantısı keçirilib.

Toplantını Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfransın istedadlı şagirdlərin aşkara çıxarılması və potensial imkanlarının inkişaf etdirilməsi sahəsində paytaxt müəllimlərinin yaradıcı fəaliyyətinə böyük təkan verdiyini bildirib. Toplantının əlamətdar bir vaxtda keçirildiyini söyləyən Nailə Rzaquliyeva ulu öndərin istedadlı uşaq və gənclərin inkişafına həmişə böyük diqqət yetirdiyini, onun 1996-cı il 22 iyun tarixli fərmanı ilə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"nın yaradıldığını diqqətə çatdırıb, bu siyasətin hazırda ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın istedadlı gənclərə böyük diqqət və qayğı göstərdiklərini vurğulayıb.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri konfrans çərçivəsində keçirilmiş müsabiqənin yekunları ilə toplantı iştirakçılarını tanış edərək yaradıcılıq yarışında paytaxtın 65 müəlliminin qalib gəldiyini, onların məqalələrinin toplu şəklində dərc olunduğunu, daha çox fərqlənən 21 müəllimin isə Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldığını söyləyib və qalibləri təbrik edib.
Müsabiqə qaliblərindən Bakının 8 nömrəli məktəbinin biologiya müəllimi Sevinc Əliyeva, 1 nömrəli məktəbin müəllimi Vüsalə Həsənova, bağça-məktəb-lisey kompleksinin psixoloqu Elnarə Məmmədova, 8 nömrəli məktəbin müəllimi İlhamə Əkbərova və 5 nömrəli məktəbin direktoru Nərminə Gündüzlünün təqdimat çıxışları dinlənilib.
Toplantıda çıxış edən BDU-nun professoru Qasım Hüseynov, Bakının Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov ümummilli lider Heydər Əliyevin Vətənimiz, xalqımız qarşısındakı xidmətlərindən, istedadlı gənclərin inkişafına göstərdiyi qayğıdan söz açıblar.
Sonra qaliblərə mükafatlar təqdim olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, təhsil naziri Misir Mərdanov qalibləri təbrik ediblər.
Təhsil naziri təbrik çıxışında bu günlər ölkəmizin hər yerində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünün əsl bayram təntənəsi ilə qeyd olunduğunu bildirib. Bütün dünyada istedadların cəmiyyətin sərvəti, aparıcı qüvvəsi kimi dəyərləndirildiyini diqqətə çatdıran nazir ölkəmizdə də onların dövlətin qayğısı ilə əhatə olunduğunu, istedadların vaxtında aşkara çıxarılıb inkişaf etdirilməsində müəllimlərin böyük rol oynadığını söyləyib. Misir Mərdanov konfransın əhəmiyyətini yüksək qiymətləndirib, onun keçirilməsinə dəstək verdiyinə, təhsil işçiləri ilə bağlı bir çox tədbirlərin təşəbbüsçüsü kimi çıxış etdiyinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevə minnətdarlığını bildirib.


8 il əvvəl