• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərin Bakı şəhər birinciliyinin məktəbdaxili mərhələsi davam edir

“Olimpiya Hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyinin məktəbdaxili mərhələsi davam edir.

Məktəbdaxili yarışlara badminton idman növü üzrə 252, həndbol üzrə 233, veloidman üzrə 247 məktəb qoşulub. Bakı şəhəri üzrə 291 ümumi təhsil müəssisəsindən 13 mindən artıq şagirdin qatıldığı məktəbdaxili mərhələyə noyabr ayının 16-da yekun vurulacaq.

Birinciliyin rayondaxili mərhələsi noyabrın 21-də start götürəcək. Nəticələrə uyğun olaraq hər idman növü üzrə I yeri tutan məktəb komandası final mərhələsinə vəsiqə qazanmış olacaq.

Qeyd edək ki, birincilikdə Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin məktəbliləri badminton (IX-X siniflər), veloidman (qızlar, VII-VIII siniflər) və həndbol (VIII-X siniflər) idman növləri üzrə iştirak edəcəklər.

Təhsil və Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışların məqsədi məktəblilər arasında Olimpiya hərəkatını təşviq etmək, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı artırmaq, fiziki tərbiyə müəllimləri ilə idman federasiyaları, idman məktəbləri arasında əməkdaşlığı gücləndirmək, olimpiya idman komplekslərindən, idman bazalarından səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir.

Qeyd edək ki, idman növləri üzrə yarışların ikinci mərhələsinin qalibləri təşkilatçılar tərəfindən diplom və sertifikatla, final mərhələsinin qalib komanda və məşqçiləri kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Həmçinin yarışlara mütəmadi azarkeşlik edən məktəbə “Ən yaradıcı və coşğulu azarkeş” nominasiyası üzrə xüsusi mükafat təqdim ediləcəkdir.


4 il əvvəl