• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Rusiya Federasiyasının nümayəndə heyəti yeni Peşə Təhsil Mərkəzində

“Təhsildə müasir texnologiyalar” mövzusunda konfransda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının nümayəndə heyəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində görüş keçirib. Nümayəndə heyətinin tərkibində Rusiyanın elm və təhsil müəssisələrinin, dövlət və özəl şirkətlərinin nümayəndələri olub.

Görüş zamanı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov qonaqlara Peşə Təhsili Mərkəzi haqqında ətraflı məlumat verib, mərkəzin strateji inkişaf hədəflərindən danışıb. Rəşad Xanlarov qeyd edib ki, mərkəzdə tədris edilən nəzəri və praktik dərslər ölkə iqtisadiyyatının əsas inkişaf prioritetinə uyğun olaraq 8 istiqamətdə müəyyən edilib. Mərkəz istedadlıları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub.

Görüşdə iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşı İxtiyar Abdullayev də öz növbəsində ölkə iqtisadiyyatının inkişafı naminə mərkəz tərəfindən həyata keçirilən layihələrin və beynəlxalq şirkətlərlə əməkdaşlığın Azərbaycanda peşə təhsilinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Daha sonra nümayəndə heyətinin üzvləri peşə təhsili müəssisəsinin infrastrukturu ilə yaxından tanış olub, mərkəzin Koreya Respublikasında təlim keçmiş  ixtisaslı mütəxəssisləri ilə gələcək perspektivlərə dair fikir mübadiləsi aparıb, ən müasir maddi - texniki baza ilə təchiz olunmuş emalatxanalarda və tədris-mühazirə otaqlarında gedən dərs prosesində iştirak ediblər.

 


4 il əvvəl