• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 1-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

İclasda «2009-2010-cu dərs ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri və buraxılış imtahanlarına hazırlıq» məsələsi müzakirə edilib.
Müzakirə olunan məsələ barədə məruzə-təqdimatla çıxış edən təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasını son illər Təhsil Nazirliyinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri adlandırıb. Nazir bildirib ki, bu il XI siniflərlə yanaşı IX sinif şagirdləri də buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada verəcəklər. Bir neçə illik zəhmətin hədər getmədiyini söyləyən təhsil naziri vəziyyətin ildən-ilə yaxşılaşdığını, imtahanların mərkəzləşdirilmiş qaydada aparılmasının ictimaiyyət tərəfindən razılıqla qarşılandığını vurğulayıb. Təhsil naziri bildirib ki, yeni qiymətləndirmə siyasəti təhsilimizin inkişafına, ölkədə məktəbin, müəllimin nüfuzunun yüksəlməsinə xidmət edir və bütövlükdə təhsil prosesinin iştirakçılarında məsuliyyət hissini artırır.
Builki yoxlama imtahanlarının nəticələrinin ötən illə müqayisədə 10 faiz yaxşılaşdığını söyləyən Misir Mərdanov imtahanların yekunlarını əks etdirən bəzi statistik rəqəmləri kollegiya iştirakçılarının diqqətinə çatdırıb. Nazir bildirib ki, IX siniflər üzrə 138006 şagirddən 127796-sı, yəni 92,6 faizi imtahanda iştirak edib və onlardan 82691 nəfəri, yəni 64,71 faizi müsbət qiymət alıb. XI siniflər üzrə isə 96394 şagirddən 90134-ü, yəni 93,5 imtahanda iştirak etdiyini, onlardan 37181 nəfərinin, yəni 41,25 faizinin müvəffəq qiymət aldığını nəzərə çatdıran təhsil naziri 2009-cu il sentyabrın 16-dan 2010-cu il aprelin 28-dək təhsil şöbələri tərəfindən 1927 nəfər XI sinif şagirdinin müzunların siyahısından qeyri-müəyyən səbəblərdən çıxarılmasını mənfi hal kimi qiymətləndirib.
Nazir kollegiya iştirakçılarını 2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarında IX və XI siniflərin müvəffəqiyyət faizindəki fərqlər, son iki ilin yoxlama imtahanlarının müqayisəli təhlili ilə tanış edib, imtahana hazırlıq işini yaxşı təşkil etmiş, eləcə də imtahana aşağı səviyyədə hazırlaşmış şəhər və rayonların adını açıqlayıb. Misir Mərdanov nümunəvi fəaliyyəti ilə fərqlənən və işini çox aşağı səviyyədə yerinə yetirmiş nəzarətçilərin adlarını qeyd edib və bir sıra digər məsələlər barədə məlumat verib.
Məruzə-təqdimatında təhsil naziri buraxılış imtahanlarına hazırlıqla bağlı görüləcək işlər, məktəbdaxili, beynəlxalq və milli qiymətləndirmə sahəsində həyata keçirilmiş və keçiriləcək tədbirlər haqqında da fikirlərini bildirib.


8 il əvvəl