• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 1-də Təhsil Nazirliyində “Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər” mövzusunda kollegiya iclası keçirilib.

Kollegiya iclasını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə müzakirə ediləcək mövzu barədə məlumat verib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdıran təhsil naziri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsildə də əsaslı dəyişikliklərin aparıldığını, yeniliklərin tətbiq olunduğunu bildirib.
Sonra Misir Mərdanov “Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər” mövzusunda məruzə-təqdimatla çıxış edib. Nazir qeyd olunan məsələnin aktuallığını nəzərə alaraq bu məqsədlə işçi qrupunun yaradıldığını diqqətə çatdırıb, metodik xidmətin təşkilində islahatların zəruriliyindən danışıb. Bu sahə üzrə mövcud vəziyyətdən söz açan təhsil naziri hazırda ölkəmizin 73 şəhər və rayonunda (Naxçıvan MR daxil olmaqla) təhsil şöbələrinin (idarələrinin) nəzdində metodik kabinetlərin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə Metodik Mərkəzin fəaliyyət göstərdiyini bildirib. Nazir çıxışında metodik xidmətin təşkilində müsbət təcrübələrdən danışıb, Bakı Şəhəri üzrə Metodik Mərkəzinin, Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodik kabinetinin işini xüsusi qeyd edib. Misir Mərdanov bir sıra rayonların metodik kabinetləri tərəfindən təhsil müəssisələrinə göstərilən metodik xidmətin səmərəli formalarından istifadə edildiyini, son illərdə metodistlərin kurikulumlar üzrə təlimlərə cəlb olunması istiqamətində məqsədyönlü işlər aparıldığını bildirib. Nazir daha sonra metodik kabinetin vəzifələrindən ətraflı bəhs edib.
Məruzə-təqdimatda Naxçıvan MR, eləcə də ölkəmizin digər şəhər və rayonlarında fəaliyyət göstərən metodik kabinetlər haqqında məlumatlar, həmin metodik kabinetlərdə (mərkəzlərdə) fənlər üzrə çalışan metodistlərlə bağlı statistik rəqəmlər diqqətə çatdırılıb, bununla bağlı geniş təhlil aparılıb.
İclasda metodik xidmətin təşkilində mövcud problemlərdən də söz açılıb, xarici ölkələrdə metodik xidmətin təşkili təcrübəsindən danışılıb və bu istiqamətdə işin təkmilləşdirilməsi üzrə təkliflər iclas iştirakçılarının nəzərinə çatdırılıb.


8 il əvvəl