• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində ixtisasartırma təlimləri

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika müəlimləri üçün ixtisasartırma təlimlərinin birinci mərhələsi keçirilib. Təlimlərdə 600-dən çox 4-7-ci sinif müəllimləri iştirak edib. 

Təlim çərçivəsində müəllimlər pilot layihənin yenilikləri barədə məlumat əldə edib.

Təlimlərin nəticələrinə əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda layihənin bütün müəllimlərinin bilikləri sınaqdan keçiriləcək.

Təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin proqramlaşdırma sahəsində praktik biliklərini artırmaqdır.

Qeyd edək ki, yeni tədris ilindən "Rəqəmsal bacarıqlar" layihəsinin məktəb daxilində koordinasiya işini təşkil etmək üçün metodist, texniki mütəxəssis və idarəçi vəzifələri müəyyənləşdirilib. Hər üç vəzifəyə təyin olunan 175 metodist, 175 texniki mütəxəssis və 200 idarəçi üçün təlimlər təşkil edilib. Layihə ilə bağlı edilən yeniliklərdən biri də genişmiqyaslı qarışıq təhsil formatına (blended learning) keçiddir.

Təhsil Nazirliyinin Beynəlxalq Alqoritmika şirkəti ilə birlikdə həyata keçirdiyi “Rəqəmsal bacarıqlar» pilot layihəsinə bu tədris ilindən etibarən daha 50 ümumi təhsil müəssisəsi cəlb edilib. Bunlardan 23-ü Bakıda, 10-u Sumqayıtda, 7-si Mingəçevirdə, 5-i Şamaxıda və 5-i isə Gəncədə yerləşir. Beləliklə, layihə 123 məktəb üzrə təxminən 70 min şagirdi əhatə etmiş olub.


4 il əvvəl