• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş xüsusi razılıq (lisenziya) 1 sentyabr 2010-cu il tarixdən ləğv olunub.

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş xüsusi razılıq (lisenziya) ləğv olunub.
1996-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, 2002-ci ildə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılmış (2007-ci ildə təkrar lisenziyalaşdırılıb) Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 19 noyabr 2007-ci il tarixli 031973 №-li xüsusi razılıq (lisenziya) verilib.
Qeyd edək ki, ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın müvafiq bəndinə və Təhsil Nazirliyinin əmrinə əsasən təhsil müəssisələrində mütəmadi olaraq lisenziya tələblərinə və şərtlərinə riayət olunması vəziyyətinin araşdırılması nəzərdə tutulub. Buna uyğun olaraq Təhsil Nazirliyinin müvafiq əmri ilə Moskva Dövlət Açıq Universitetinin Bakı filialında tədris prosesinin təşkili vəziyyətini araşdırmaq məqsədi ilə İşçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən aparılan araşdırmalar zamanı lisenziya verilən vaxtdan sonra Moskva Dövlət Açıq Universitetinin Bakı filialının maddi-texniki bazasının və tədris-metodiki təminatının inkişaf etdirilmədiyi, əksinə daha da zəiflədiyi məlum olub. Eyni zamanda filialda tədris prosesinin təşkili, o cümlədən fənlərin proqramlara və dərs cədvəlinə uyğun tədrisi, kafedraların işinin təşkili, elmi-pedaqoji kadrların seçilib yerləşdirilməsi və dərs yükünün planlaşdırılması, sənədləşmə işinin aparılması, tədris qrupları, birləşmələrin komplektləşdirilməsi və s. tədris-təşkilati məsələlərdə ciddi pozuntulara yol verildiyi, mövcud normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkar olunub. Sadalanan və digər pozuntu, çatışmazlıqlar İşçi qrupunun arayışında geniş şəkildə əks edilib, bu məsələ Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında filial rəhbərliyinin iştirakı ilə müzakirə olunub. Yekun olaraq Lisenziya Komissiyası Təhsil Nazirliyi tərəfindən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş 19 noyabr 2007-ci il tarixli 031973 №-li xüsusi razılığın (lisenziya) ləğv olunması barədə qərar qəbul edib.
Qeyd olunanlarla bağlı təhsil naziri Misir Mərdanov əmr imzalayıb. Əmrdə Təhsil Nazirliyinin İşçi qrupunun arayışı və Lisenziya Komissiyasının iclasının qərarı nəzərə alınıb. Əmrə əsasən cari tədris ilinin başa çatmasına az müddət qaldığı nəzərə alınaraq, tələbələrin təhsil hüquqlarını, imtahan-məqbul sessiyalarının və buraxılış yekun attestasiyasının başa çatdırılmasını, bu il filialı bitirəcək məzunlara Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi tərəfindən diplomların verilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verdiyi lisenziya 1sentyabr 2010-cu il tarixdən ləğv olunub. Bu təhsil müəssisəsinin rəhbərliyinə həmin tarixədək  tələbə qəbulunun aparılması, tələbələrin bərpa və köçürülməsi halları istisna olmaqla qanunvericiliyə uyğun tədrisin təşkilinin təmin olunması, filialda təhsil alan, təhsilini başa vuran, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatın və onların qiymət kitabçalarından çıxarışların Təhsil Nazirliyinə təqdim edilməsi barədə tapşırıq verilib. Eyni zamanda Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərlərinə Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilən lisenziyanın ləğv olunması barədə aidiyyəti dövlət orqanlarına və həmin universitetin rəhbərliyinə məlumat verilməsi, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə bu filiala qəbul olunub hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkliflər hazırlanması tapşırılıb.
 
Təhsil Nazirliyinin Mətbuat xidməti


8 il əvvəl