• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Xəyal et” İKT yay düşərgəsi davam edir

YUNESKO-nun maliyyə dəstəyi, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xəyal et” qızlar üçün İKT yay düşərgəsi layihəsi davam edir.

Yay düşərgəsinin ilk günlərində iştirakçıların informasiya texnologiyaları sahəsi üzrə məlumatlılığının artırılması, eyni zamanda ixtisaslaşmış qurumlarla tanış olması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə kodlaşdırma, müxtəlif proqramlaşdırma dilləri üzrə təlimlər təşkil olunub. 

Düşərgə çərçivəsində İKT və aidiyyəti üzrə ixtisaslaşmış müxtəlif qurumlara təhsil turları-ekskursiyalar təşkil olunub. "Azərkosmos"  Açıq Səhmdar Cəmiyyətinə, Bakı Ali Neft Məktəbinə, Dövlət Neft Şirkətinin  nəzdində fəaliyyət göstərən Qala Eko-Parkına, “Marc Academy” şirkətinə təşkil olunan təhsil turları məktəbli qızların informasiya texnologiyaları sahəsində biliklərinin artırılmasına, daha ətraflı məlumatlar əldə etməsinə imkan yaradıb.

“Xəyal et” qızlar üçün İKT yay düşərgəsinin iştirakçılarının xüsusi marağına səbəb olmuş “Azərkosmos” turunda məktəbli qızlara telekommunikasiya peyklərinin quruluşu, hazırlanması, orbitə çıxarılması, işləmə mexanizmləri, idarə olunması barəsində məlumat verilib.

Məktəblilər Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzi və kampusun laboratoriyaları ilə tanış olub, “Mars Academy” şirkətinin təşkil etdiyi modelləşdirmə və robototexnika üzrə ustad dərslərində iştirak ediblər. Həmçinin düşərgə iştirakçıları Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Qala Eko-Parkında  ağaclar əkib, alternativ enerji mənbələri, qlobol ekoloji problemlər haqqında təqdimatla tanış ediliblər.   

Azərbaycan qadınlarının İKT-də rolunun dəstəklənməsində təşəbbüs göstərən “Femmes Digitales” İKT Qadınlar Klubu ilə təşkil olunmuş görüşdə isə İKT sahəsində nailiyyət əldə etmiş qadınların uğur hekayələri dinlənilib, qadınların bu sahə üzrə rolu ilə bağlı müzakirələr aparılıb.

               Bununla yanaşı, “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasında qızların asudə vaxtının səmərəli təşkili məqsədilə komanda quruculuğu oyunları, müxtəlif idman yarışları, intellektual oyunlar və əyləncəli saatlar təşkil edilib.

“Xəyal et” qızlar üçün İKT yay düşərgəsi layihəsi iyunun 28-dək davam edəcək.


4 il əvvəl