• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

6 nömrəli məktəb-liseyə mediatur 

Martın 16-da "Rəqəmsal  bacarıqlar" layihəsi çərçivəsində Bakının 12 məktəbində və Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə proqramlaşdırma  dünyasında genişmiqyaslı tədbir olan  "Kod saatı"nın birinci mərhələsi keçirilib.

Tədbir çərçivəsində 6 nömrəli məktəb-liseyə mediatur təşkil olunub. Mediaturda iştirak edən KİV nümayəndələri dərslərin təşkilini izləyiblər. Onlara  "Rəqəmsal  bacarıqlar" layihəsi barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil  şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə 8-14 yaşlı məktəblilər iştirak edirlər.

"Kod saatı" çərçivəsində iştirakçılar bir saat müddətində, oyun formatında, "Scratch" mühitində məsələləri həll etmək imkanı əldə edirlər. "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir.

“Kod saatı”nın ikinci mərhələsi martın 23-də onlayn-rejimdə təşkil olunacaq. İkinci mərhələdə ölkə üzrə məktəblilər iştirak edə biləcəklər.

Qeyd edək ki, "Kod saatı" təşəbbüsü  2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara  proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı"  dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir.

"Kod saatı" hərəkatının əsas məqsədi proqramçı peşəsini məktəblilər  arasında  populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə  cəlb etmək,  həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.


5 il əvvəl