• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 19-da Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçıları ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov görüşü giriş sözü ilə açaraq müəllimləri müsabiqənin növbəti mərhələlərində iştirak etmək hüququ qazanmaları münasibətilə təbrik edib və onlara qarşıdakı mərhələlərdə uğurlar arzulayıb. “Ən yaxşı müəllim” müsabiqəsinə 460 nəfərin sənəd verdiyini, onlardan 203 müəllimin II və III mərhələdə iştirak üçün seçildiyini qeyd edən nazir onu da əlavə edib ki, bu il də iştirakçılar arasında say etibarı ilə üstünlük ibtidai sinif və ingilis dili müəllimlərinə məxsusdur. Müsabiqənin əsas məqsədinin ən yaxşı müəllimin üzə çıxarılması olduğunu vurğulayan Misir Mərdanov iştirakçıların 20-23 aprel tarixlərində Bakı şəhərinin müəyyən edilmiş məktəblərində sınaq dərsi keçəcəklərini nəzərə çatdırıb. Nazir iştirakçı müəllimlər üçün həmin məktəblərdə lazımi şəraitin yaradılması barədə müvafiq şəxslərə tapşırıqlar verildiyini bildirib. Sınaq dərsləri deyəcək müəllimlərin Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş ekspert qrupları tərəfindən dinlənilərək, müəyyən edilmiş meyarlar üzrə qiymətləndiriləcəyini qeyd edən Misir Mərdanov hər ekspert qrupuna obyektivliyi təmin etmək üçün 3 mütəxəssisin daxil edildiyini diqqətə çatdırıb. Təhsil naziri sınaq dərslərində toplanılan balın həmin gün elan olunacağını, iştirakçı müəllimlərin III mərhələdə fəaliyyətlərinin əsas istiqamətləri, uğurları, rəy və təkliflərinin əksini tapdığı 10 dəqiqəlik təqdimatla çıxış edəcəklərini vurğulayıb.
Daha sonra nazir “Ən yaxşı müəllim” müsabiqəsinin iştirakçılarına tövsiyə və tapşırıqlarını verib.
Sonda iştirakçı müəllimləri maraqlandıran suallar cavablandırılıb.


8 il əvvəl