• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 15-də təhsil naziri Misir Mərdanov İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mario Baldi ilə görüşüb.

Səmimi qəbul üçün təşəkkür edən M.Baldi Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən məmnunluğunu bildirib. Azərbaycanla İtaliya arasında yüksək əməkdaşlığın mövcud olduğunu nəzərə çatdıran səfir ölkələrarası təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətlərindən söz açıb.
Təhsil naziri Misir Mərdanov öncə səfirə yeni işində uğurlar arzulayıb. Azərbaycan və İtaliya əlaqələrinin son illər genişləndirilməsi istiqamətində görülən işləri qeyd edən nazir təhsil sahəsi üzrə əməkdaşlığın daha səmərəli təşkilini önə çəkib. Nazir bildirib ki, hazırda “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” çərçivəsində 4 azərbaycanlı gənc İtaliyada təhsil alır. İtaliyanın Avropanın ən qədim və böyük ölkələrindən biri olduğunu vurğulayan Misir Mərdanov bu ölkə ilə, eyni zamanda, peşə və incəsənət təhsili sahəsində əlaqələrin qurulması təklifini diqqətə çatdırıb. Nazir iki ölkənin təhsil müəssisələri arasında “Qardaşlaşmış məktəblər” layihəsinin həyata keçirilməsi, paytaxtın bir neçə orta məktəbində xarici dil kimi italyan dilinin tədris olunması fikirlərini irəli sürüb. Misir Mərdanov yeni səfirin fəaliyyəti dövründə təhsil əlaqələrinin möhkəmləndirilməsi üzrə mühüm addımlar atılacağına ümidvar olduğunu vurğulayıb.
Nazirin fikirləri ilə həmrəy olduğunu diqqətə çatdıran Mario Baldi  qeyd edilən məsələlərə münasibətini bildirib.
Görüşdə ikitərəfli əlaqələrin gələcək perspektivləri, əməkdaşlığın səmərəli təşkil olunması baxımından cari ilin payızında Azərbaycanın təhsil işçilərindən ibarət nümayəndə heyətinin İtaliyaya səfər etməsi, azərbaycanlı gənclərin bu ölkədə təhsili və digər məsələlər haqqında söhbət aparılıb.


8 il əvvəl