• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 14-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikasının Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Aprelin 14-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikasının Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən söz açıb. Nazir Doğu Akdəniz Universitetinin Azərbaycandakı ali təhsil müəssisələri ilə əlaqələrinin yaradılması, birgə elmi konfransların keçirilməsi, ölkəmizin təhsil işçilərindən ibarət olan nümayəndə heyətinin qeyd olunan universitetlə tanışlıq üçün həmin ölkəyə səfər etməsinin önəmli olduğunu vurğulayıb.
Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprak öz növbəsində rəhbəri olduğu ali təhsil ocağı barədə nazirə məlumat verərək qeyd edib ki, hazırda burada 37 azərbaycanlı tələbə təhsil alır və 10-dək müəllim müxtəlif ixtisaslar üzrə çalışır. Sonra qonaq Doğu Akdəniz Universitetinin tarixi, mövcud olan ixtisaslar barədə danışıb, habelə, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb.
Görüşdə Doğu Akdəniz Universiteti ilə ölkəmizdə fəaliyyət göstərən müvafiq kollec və bir neçə ali təhsil müəssisəsi arasında müxtəlif istiqamətdə əlaqələrin qurulması, azərbaycanlı tələbələrin həmin universitetdə təhsil alması və bu işin həyata keçirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.


8 il əvvəl