• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 12-də “Ləndmark” otelinin “Rotunda” zalında uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, hər iki nazirliyin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər işçiləri, millət vəkilləri, bir sıra dövlət qrumlarının təmsilçiləri iştirak ediblər.
Mərasimi təhsil nazirinin müavini Elmar Qasımov açaraq qonaqları və sərgi iştirakçılarını salamlayıb, keçirilmiş müsabiqə barədə ətraflı məlumat verib. Nazir müavini bildirib ki, bu müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə qərarı ilə keçirilib.
Texniki yaradıcılıq mərkəzlərində məşğul olan 8 yaşından 18 yaşadək uşaq və yeniyetmənin iştirak etdiyi müsabiqənin 3 mərhələdə təşkil olunduğunu deyən E.Qasımov I mərhələnin bu ilin fevralında rayon və şəhərlər üzrə, II mərhələnin fevral-mart aylarında 9 zona üzrə 300 məktəblinin iştirakı ilə keçirildiyini bildirib. Nazir müavini aviamodel, kosmik raket modeli, avtomodel, gəmi modeli və radiotexnikanın 5 növü üzrə 15 nominasiyada keçirilmiş müsabiqənin respublika mərhələsində ölkənin 45 rayon və şəhərini təmsil edən 195 məktəblidən 45 nəfərin qalib adına layiq görüldüyünü nəzərə çatdırıb. Elmar Qasımov çıxışının sonunda müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirib, qalibləri təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.
Sonra qaliblərə mükafatlar-diplomlar və hədiyyələr təqdim olunub.
Mükafatlandırma mərasimindən sonra təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər sərgidə nümayiş etdirilən eksponatlara baxıblar.
Sərgidə gördüklərindən məmnun olduğunu bildirən təhsil naziri Misir Mərdanov son illər məktəbdənkənar təhsil müəssisələrinin inkişafına ciddi fikir verildiyini söyləyib. Nazir qeyd edib ki, bu müəssisələr uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, asudə vaxtlarını səmərəli keçirmək üçün çox vacibdir. Misir Mərdanov uşaqların məktəbdənkənar təhsil müəssisələrində müxtəlif sahələrlə məşğul ola bilməsinin əhəmiyyətini nəzərə çatdırıb və bunun onların hərtərəfli yetişməsinə, asudə vaxtlarının səmərəli təşkilinə kömək etdiyini bildirib.


8 il əvvəl