• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 10-da 1 nömrəli orta məktəbdə «Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında» mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfrans keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, respublikanın tanınmış alim və pedaqoqları, paytaxtın orta məktəb şagirdləri iştirak ediblər.
Konfransı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva açaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cü illər)»nın icrası ilə əlaqədar təhsil müəssisələrində silsilə tədbirlərin həyata keçirildiyini söyləyib. Son illər məktəblilər arasında müxtəlif mövzularda bilik yarışlarının, olimpiadaların, inşa yazı, rəsm, plakat müsabiqələrinin, baxış-sərgilərin, idman yarışlarının təşkil edildiyini bildirən N.Rzaquliyeva cari dərs ilində də bu baxımdan səmərəli işlərin görüldüyünü nəzərə çatdırıb.
«Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında» mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfrans haqqında ətraflı məlumat verən Nailə Rzaquliyeva onu da bildirib ki, 13 bölmə üzrə keçirilən konfransda şagirdlər ayrı-ayrı fənlər, o cümlədən Azərbaycan tarixinin müxtəlif dövrləri, respublikamızın beynəlxalq aləmdə mövqeyi, onun siyasi-iqtisadi, sosial-mədəni həyatı, görkəmli tarixi şəxsiyyətləri, ədəbiyyat, incəsənət xadimləri, cəmiyyət həyatında gənclərin rolu, dünya dövlətləri, ekoloji problemlər və digər məsələlərlə bağlı yaradıcılıq işlərinin təqdimatını edəcəklər.
Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov müstəqil Azərbaycan dövlətinin banisi və  qurucusu ümummilli lider Heydər Əliyevin hər zaman təhsilə, gənclərə xüsusi diqqət və qayğı göstərməsindən söz açıb, ölkə başçısı cənab İlham Əliyevin də bu məsələlərə xüsusi həssaslıqla yanaşdığını qeyd edib. Nazir Azərbaycanda elmin, təhsilin inkişafı, istedadlı gənclərin aşkara çıxarılması istiqamətində görülən işlərin əhəmiyyətinə toxunaraq bildirib ki, «Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)» çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkəmizin orta ümumtəhsil məktəblərində kifayət qədər istedadlı uşaqların təhsil aldığını deyən təhsil naziri Misir Mərdanov onlarla aparılan işlərin davamlı olacağını qeyd edib. İstedadlı uşaqların yaradıcılıq potensialının daha da inkişaf etdirilməsində belə tədbirlərin müstəsna rolundan danışan nazir şagirdlərə müvəffəqiyyətlər arzulayıb, konfransın təşkilinə yardım edənlərə təşəkkürünü bildirib.
Konfransda iştirak edən millət vəkili Məlahət İbrahimqızı son illər ölkə təhsilinin, elminin inkişafı yolunda müsbət nəticələrin əldə olunduğunu bildirib, dövlət siyasətində təhsil sahəsinin prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.
Sonra konfrans öz işini bölmələrdə davam etdirib. Paytaxtın 110 məktəbindən 180-ə qədər şagird 13 bölmə üzrə müxtəlif mövzularda məruzə və təqdimat ediblər.
Bölmələr üzrə müəyyənləşdirilmiş ayrı-ayrı sinif otaqlarına baş çəkən nazir Misir Mərdanov məktəblilərin hazırlıq səviyyəsi ilə maraqlanıb, şagirdlərə ən xoş arzularını çatdırıb və uğurlar arzulayıb.


8 il əvvəl