• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 7-də Təhsil Nazirliyində Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-EUROASİA) iştirakçıları ilə görüş keçirilib.

Təhsil naziri Misir Mərdanov iştirakçıları səmimi salamlayıb və onlara bu olimpiadada uğur qazanmağı arzulayıb. Nazir bildirib ki, Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə həyata keçirilir. Nazir ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan bu ənənəvi olimpiadada iştirakçıların sayının ildən-ilə artdığını, bu il  33 ölkədən 300-dək iştirakçının yarışacağını qeyd edib.
Misir Mərdanov bildirib ki, 2010-cu il ölkə prezidenti cənab İlham Əliyev tərəfindən “Ekologiya ili” elan olunub. Məhz bu baxımdan olimpiadanın mühüm əhəmiyyət daşıdığını nəzərə çatdıran nazir bu işin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirib. Nazir olimpiada iştirakçılarına Azərbaycanın tarixi, milli mədəniyyəti və təhsil sahəsi ilə tanış olmağı tövsiyə edib.
Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasına dair fikirlərini bildirib.
Sonda Gürcüstan, Malayziya və Türkiyədən olan iştirakçılar bu görüşdən məmnun olduqlarını vurğulayıblar.


8 il əvvəl