• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 7-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyası ilə görüşüb.

Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Təhsil Nazirliyində keçirdikləri görüşlərin, apardıqları bir sıra müzakirələrin görülən işlərin daha da yaxşılaşdırılmasında mühüm rol oynayacağını qeyd edib. Nazir Dünya Bankı ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi tədbirlərdən, reallaşdırılan işlərdən danışıb. Nazir, həmçinin, Dünya Bankı tərəfindən hazırlanmış “Yaşayış səviyyəsinin qiymətləndirilməsinə dair hesabat”la tanış olduğunu və bununla bağlı bir sıra qeydlərini bildirib.
Dünya Bankının Azərbaycan üzrə meneceri Qriqori Yedjeyçak səmimi qəbula və müvafiq hesabat haqqında fikirlərinə görə təhsil naziri Misir Mərdanova təşəkkür edib. Ölkəmizin təhsil sektorunda aparılan işlərdən danışan qonaq Azərbaycanın onlar üçün ən yaxşı tərəfdaş olduğunu vurğulayıb.
Sonra Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə koordinatoru Meskerem Mulatu Təhsil Nazirliyinin müvafiq şöbələrində Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin icrası istiqamətində keçirilmiş görüşlərdən, aparılan müzakirələrdən söz açıb. Xanım Mulatu görülən işlərin yaxın gələcəkdə təhsil sahəsinin daha da inkişafına səbəb olacağını nəzərə çatdırıb, müəllim hazırlığı, ixtisasartırma təhsili üzrə aparılan yenilikləri təqdirəlayiq hal kimi dəyərləndirib. PİSA-Beynəlxalq Qiymətləndirmə Proqramında ölkəmizin iştirakından danışan qonaq bununla bağlı bir sıra məqamlara toxunub.
Nazir də öz növbəsində qeyd olunan istiqamətlərdə aparılan işlərdən söz açıb, son illər ali və orta təhsil sahəsində həyata keçirilən tədbirlər, Dünya Bankının tövsiyəsi ilə Təhsil Nazirliyində yaradılan şöbələrin gördükləri iş, 10 təhsil ocağının nümunəvi məktəbə çevrilməsi barədə qonaqlara məlumat verib.
Sonda təhsil naziri Misir Mərdanov bu görüşdən məmnun qaldığını ifadə edib və qonaqlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


8 il əvvəl