• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 6-da Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.

Təhsil Nazirliyi nəzdindəki Təhsil sisteminin informasiyalaşdırılması idarəsində keçirilən mətbuat konfransında idarənin rəisi Samir Məmmədov qeyd edib ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunub və bu müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Onun sözlərinə görə, müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və “Microsoft Azərbaycan”, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, HP, Mədəd təşkilatları tərəfindən dəstəklənir.
Təşkilat Komitəsinin üzvü, Azərbaycan İnternet forumunun rəhbəri Osman Gündüz müsabiqənin rəsmi veb-saytının təqdimatını keçirib. O.Gündüz qeyd edib ki, müsabiqəyə dair məlumatlar www.musabiqe.edu.az rəsmi internet səhifəsində yerləşdirilib.
Tədbirdə qeyd olunub ki, müsabiqə “Təhsildə internet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil edilib. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni daha da inkişaf etdirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından səmərəli istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müvafiq istiqamətlərə əsasən müəyyən edilən 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər mükafatlar təqdim olunacaq.


8 il əvvəl