• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Lego Education" təhsil robotlarından istifadə üzrə təlimlər

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən 15 ümumi təhsil müəssisəsinə "Lego Education" təhsil robotlarının paylanılmasına başlanılıb. Bununla əlaqədar “Lego Education” şirkətindən dəvət olunmuş xarici mütəxəssislər tərəfindən müəllimlər üçün təlimlər keçirilib.

Təlimlərdə Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərindən 70 müəllim iştirak edib. İnformatika və fizika müəllimləri “Mindstorms EV3”, ibtidai sinif müəllimləri isə “WeDo 2.0” model Lego robotlarından istifadə qaydaları, onların tədris prosesində tətbiq olunması üzrə təməl biliklərə yiyələniblər. Təlim proqramının sonunda müəllimlər “Lego Education” təlimçi sertifikatı ilə təltif olunublar.

Robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar. Məktəblərə “Midstorms EV3” əsas dəstdən başqa, daha böyük və müxtəlif fənlər üzrə spesifik tapşırıqların yerinə yetirilməsi üçün “Expansion”  dəsti də paylanılır.

Robot texnologiyasından istifadə məktəb həyatına innovasiya və yaradıcılıq gətirir, müəllimlər üçün unikal həllər təklif edir. Dərslərdə diqqət robotların dizayn olunması və proqramlaşdırılmasına yönəlir. Şagirdlərin Lego konstruktorları ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Bununla da şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı əldə edir və həmyaşıdları ilə komanda şəklində işləyərək nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirirlər.


5 il əvvəl