• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün ustad dərsləri

Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün futzal idman növü üzrə AFFA mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilib.

Tədbirin təşkilində əsas məqsəd tələbələr arasında futzal idman növünə olan marağı artırmaq, tələbələrdən ibarət futzal üzrə yığma komandanın beynəlxalq səviyyədə layiqincə təmsil olunmasını təmin etməkdən ibarətdir.

Tələbələr arasında futzal üzrə Respublika birinciliyinə hazırlıqla əlaqədar keçirilən tədbir çərçivəsində tələbə futbolçular AFFA-nın peşəkar məşqçilərinin rəhbərliyi ilə müxtəlif fəndlər nümayiş etdiriblər. 500 nəfərdən artıq tələbənin tamaşaçı qismində iştirak etdiyi tədbirin sonunda futzal üzrə AFFA-nın 19 yaşlılardan ibarət yığma komandası ilə Azərbaycan Texniki Universitetinin komandası arasında yoldaşlıq oyunu keçirilib. Oyun 1-1 hesabı ilə başa çatıb.

Ustad dərslərinin digər ali təhsil müəssisələrində davam etdiriləcəyi nəzərdə tutulub.


5 il əvvəl