• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyində kollegiya iclası

Sentyabın 13-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, kollegiya üzvləri, nazirliyin struktur bölmə rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasını giriş sözü ilə açaraq ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə təhsil sahəsində əldə olunan uğurlu nailiyyətlərdən söz açıb, bu sahədə aparılan əsaslı islahatları diqqətə çatdırıb.

 Sonra təhsil nazirinin müavini Firudin Qurbanov “Paris Nazirlər Konfransının nəticələri və qarşıda duran əsas vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Nazir müavini çıxışında cari ilin 23-25 may tarixlərində Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Parisdə Avropa Ali Təhsil Məkanı ölkələri Təhsil Nazirlərinin Konfransı və Bolonya Təhsil Siyasəti Forumunda 77 ölkədən, eləcə də 40 beynəlxalq və regional təşkilatdan ümumilikdə 550 nəfərin iştirak etdiyini vurğulayıb.

Firudin Qurbanov Paris Nazirlər Konfransı Bəyannaməsi və Bolonya Siyasət Forumu Bəyannaməsinin əsas müddəaları barədə məlumat verib. Nazir müavini bildirib ki, Paris Nazirlər Konfransı Bəyannaməsində diplomların tanınması üzrə Lissabon Konvensiyasının tətbiqi sahəsində problemlərin həllinin diqqətdə saxlanılacağı, Erasmus+ proqramı, mobillik, inklüzivlik, ömürboyu təhsil, fənlərarası əməkdaşlıq, elm, təhsil və innovasiya sahəsində sinerjinin inkişafı məsələlərinin dəstəklənməsi qeyd olunur. Eyni zamanda ali təhsilin rəqəmsal mühitdə çalışa biləcək mütəxəssis hazırlığına istiqamətləndirilməsi təşviq edilir.

Təhsil Nazirliyinin  Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev 2018-2019-cu tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri barədə” məruzə ilə çıxış edib. Şöbə müdiri ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının statistik təhlili, son 5 tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak edən abituriyentlərin imtahan ballarında əhəmiyyətli artımın olması və müəllimlik peşəsinin artan nüfuzu ilə bağlı geniş məlumat verib.

Kollegiya iclasında Təhsil Nazirliyinin  Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov “Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlıq: uğurlar və çağırışlar” mövzusunda məruzəsində qeyd olunan şirkətlə əməkdaşlığın mövcud vəziyyəti, əldə olunmuş uğurlar və əsas çağırışlar barədə məsələlərə toxunub.

Daha sonra məruzələrlə bağlı çıxışlar dinlənilib, gündəlikdəki məsələlərə dair təkliflər səsləndirilib.

Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib.

Kollegiya iclasında həmçinin “Ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bəzi Qayda və əsasnamələrin müzakirəsi və təsdiqi barədə”, “2018-2019-cu tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri”, “2019-2020-ci tədris ili üzrə buraxılış imtahanları və ali təhsil müəssisələrinə tələbə qəbulunun yeni formatı” və “Ümumi təhsil müəssisələrinin reytinqinin konsepsiyası” mövzularında  məruzələr dinlənilib.

 


5 il əvvəl