Yaponiyada IOI 2019 bayrağı Azərbaycana təqdim olunub
Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) başa çatıb.
Bağlanış mərasimində iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın Azərbaycanda keçiriləcəyi elan edilib. Təşkilatçılar tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı təhsil nazirinin müavini Firudin Qurbanova təqdim olunub.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadanın başa çatması münasibəti ilə iştirakçıları təbrik edib, olimpiadanın yüksək səviyyədə təşkil olunması ilə bağlı təşkilatçılara və Yaponiya hökumətinə təşəkkürünü bildirib. Nazir müavini iştirakçıları gələn il ölkəmizdə keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasına dəvət edərək Azərbaycanla bağlı məlumatları onların diqqətinə çatdırıb.
Daha sonra ölkəmiz haqqında qısa film nümayiş edilib.
Tədbirdə Yaponiyanın təhsil, elm, mədəniyyət, idman və texnologiyalar Nazirliyinin məsul işçiləri, bir sıra nüfuzlu ictimai təşkilatların və şirkətlərin rəhbərləri iştirak edib.
Beləliklə, 2019-cü ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda təşkil olunacaq.
Yaponiyada keçirilən olimpiadanın nəticələrinə gəldikdə isə milli komanda üzvlərinin nəticələri əvvəlki illərə nisbətən xeyli yaxşılaşıb. Şagirdlər Respublika Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində Təhsil Nazirliyi və "Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə hazırlaşıblar.
Ölkəmiz bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu günə qədər 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb.
5 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23 -
I sinfə elektron sənəd qəbulunun vaxtı açıqlanıb
19.04.2024 - 14:56 -
"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib
18.04.2024 - 17:01 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin II günü - Fotolent
18.04.2024 - 14:10 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05