• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyində YUNİSEF-in nümayəndələri ilə görüş

Sentyabrın 7-də təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihəsi ilə bağlı YUNİSEF-in təhsil məsələləri üzrə məsləhətçisi Leyla Həsənova və layihənin beynəlxalq eksperti Peter Grimeslə görüşüb.

Görüş zamanı 2 il ərzində icra olunacaq layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan məsələlər barədə fikir mübadiləsi aparılıb.


5 il əvvəl