Turizm üzrə təlimlərə start verilib
Sentyabrın 4-dən Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council” və ölkədə fəaliyyət göstərən beşulduzlu mehmanxanalarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” üzrə təlimlərə start verilib.
Təlimə Bakı və Gəncə şəhərləri, Qəbələ, İsmayıllı və Qusar rayonları üzrə peşə təhsil müəssisələrinin müvafiq ixtisas müəllimləri cəlb olunub.
Təlimdə Birləşmiş Krallığın “People 1st” təşkilatının təlimçisi Jeyn Norman müəllimlər üçün turizm və xidmət sahəsi üzrə təlim keçəcək. 4 gün davam edəcək təlimin tədris materialları “People 1st” təşkilatı tərəfindən hazırlanıb.
Tədbirin əsas məqsədi layihə çərçivəsində hazırlanmış kurikulumların 2018-2019-cu tədris ilində tətbiqi ilə bağlı müəllimlərin təlimləndirilməsidir.
Qeyd edək ki, 2016-2017-ci tədris ilindən icra olunan “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinin 240 məzununun 60 faizdən çoxu işlə təmin olunub.
5 il əvvəl
Digər xəbərlər
-
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00 -
Tələbələr arasında voleybol üzrə çempionat keçirilib
22.04.2024 - 14:14 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00 -
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
19.04.2024 - 15:23