• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir

Son dövrdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisas­larının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə aparılan islahatların davamı olaraq, nazirliyin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsi (www.ani.edu.gov.az) yenilənib. Həmçinin müraciət qaydaları ilə bağlı bütün zəruri məlumatlar səhifədə əksini tapıb, “Mütəmadi verilən suallar” bölməsi yaradılıb və nostrifikasiya prosedurlarına dair vətəndaşları maraqlandıran bir çox suallar cavabları ilə birlikdə əlavə olunub.

Vətəndaşların diqqətinə çatdırmaq istəyirik ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirilməyib. Eyni zamanda Təhsil Nazirliyi diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

Onu da bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd nostrifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır. Belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı xüsusi üstünlüyə malik olmur.

Vətəndaşlardan bu cür hallarla qarşılaşdıqları halda Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti: 146 - 1) və ya info@ani.edu.gov.az elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.


5 il əvvəl