“İnklüziv siniflərdə təlimin təşkili" mövzusunda seminar
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın Fəaliyyət planının həyata keçirilməsi istiqamətində seminara start verilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin region filiallarının bir qrup müəllim-professor heyəti üçün “İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda keçirilən seminar 36 akademik saatdan ibarətdir.
Seminarın məqsədi dövlət təhsil standartlarının reallaşdırılması çərçivəsində xüsusi ehtiyacları olan şagirdlərin təliminin təşkili istiqamətində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlıq səviyyələrini artırmağa xidmət edəcək peşəkar kadrların potensialının gücləndirilməsidir.
Seminar Heydər Əliyev Fondunun “Regionların İnkişafı” İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Proqram inklüziv təhsil nədir, inklüziv təhsilin hüquqi bazası, sağlamlıq imkanları məhdud olan uşaqların xüsusiyyətləri, psixofizioloji inkişafı, inklüziv sinifdə pedaqoq və digər mövzuları əhatə edir.
Qeyd edək ki, Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55