• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə sənəd qəbulu başa çatıb.

6-26 avqust tarixlərində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu zamanı 11017 nəfər qeydiyyatdan keçib.

Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə ödənişsiz formada həyata keçirilib. 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə  keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.

Dövlət peşə təhsili müəssisələrinə qəbulla bağlı müsabiqənin nəticələri barədə məlumat Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi internet səhifələrində (www.edu.gov.az, www.vet.edu.gov.az) yerləşdirilib.

İxtisas seçimindən uğurla keçən şəxslər aşağıdakı sənədləri 27-31 avqust 2018-ci il tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər:

- Təhsil haqqında sənədin əsli;

- Tibbi arayış;

- Şəxsiyyət vəsiqəsi (surəti);

- 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil;

- Hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);

- Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

 

Peşə təhsili müəssisələrinə qəbul olan şəxslərin siyahısı


5 il əvvəl