• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi Rumıniyaya 4 tələbə göndərir

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-19-cu tədris ili üçün Rumıniya təhsil təqaüd proqramının nəticələri açıqlanıb.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq 4 Azərbaycan vətəndaşı  2018-19-cu tədris ili üzrə Rumıniyanın universitetlərində təhsil almaq imkanı qazanıb.

Seçim barədə Rumıniya tərəfindən verilən yekun qərar nəticəsində 4 nəfər “University of Bucharest”, “Babeș-Bolyai University”, “Universitatea „Alexandru Ioan Cuza din Iași” və “Oil & Gas University of Ploiești” ali təhsil müəssisələrində mühəndislik, biologiya və biznes ixtisasları üzrə magistratura ( 3 nəfər )  və doktorantura ( 1 nəfər ) səviyyələri üzrə  təhsil almaq hüququ qazanıb.

Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib.  


5 il əvvəl