• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Rektor kollektivə təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru vəzifəsinə təyin olunmuş Ceyran Mahmudova təhsil müəssisəsinin kollektivinə təqdim olunub. 

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkə Prezidentinin müvafiq sərəncamını səsləndirib. Nazir müavini  universitetin tarixindən, yaşatdığı ənənələrdən, son illər təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. Ceyran Mahmudovanı yeni təyinatı münasibətilə təbrik edən nazir müavini ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

ADMİU-nun rektoru Ceyran Mahmudova tədbir iştirakçılarını salamlayaraq, yeni təyinatına görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib və ona göstərilmiş yüksək etimadı doğrultmaq üçün bütün bilik və bacarığından istifadə edəcəyini deyib. 
 

 


5 il əvvəl