• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Coğrafiya və fiziki tərbiyə üzrə test imtahanları keçirilir

 

İyulun 31-də coğrafiya və fiziki tərbiyə üzrə test imtahanlarına start verilib. İmtahanlarda  2500-dən çox namizədin iştirakı gözlənilir.

Təhsil nazirinin müavini Firudin Qurbanov ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində olub. Nazir müavini  imtahanın gedişini izləyib, namizədlər üçün yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, imtahanlar bu gün başa çatacaq.

İyulun 30-da biologiya və fiziki tərbiyə üzrə keçirilmiş test imtahanlarında 2935 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq biologiya üzrə 59 bal, fiziki tərbiyə üzrə isə 56 bal qeydə alınıb.

Xatırladaq ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

 


5 il əvvəl