• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyində görüş

Təhsil nazirinin müavini Firudin Qurbanov Moskva Şəhəri Mədəniyyət Departamentinin direktor müavini Vladimir Filippovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikasının təhsil müəssisələri ilə Moskva şəhərində yerləşən təhsil müəssisələri arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Bundan başqa, Moskva şəhərində təhsil sahəsində həyata keçirilən innovativ layihələrdə və təşkil olunan düşərgələrdə azərbaycanlı şagirdlərin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

 


5 il əvvəl