• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili ilə bağlı görüş

İyulun 24-də “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsi çərçivəsində görülən işlərin nəticələrinə və növbəti hesabat müddətinə qədər planlaşdırılan tədbirlərə dair görüş keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları, beynəlxalq və yerli ekspertlər iştirak edib.

Görüşün keçirilməsində əsas məqsəd layihənin hər bir komponenti üzrə görülmüş işlərin hesabatının və növbəti dövr üçün planlaşdırılmış fəaliyyətlərin müzakirə edilməsi olub.  

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev son illərdə ölkədə peşə təhsili sahəsində aparılan məqsədyönlü islahatlardan danışaraq bu istiqamətdə həyata keçirilən layihələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın Azərbaycanda peşə təhsilinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb, layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin uğurla icra olunacağına əminliyini ifadə edib.  

Daha sonra ekspertlər layihə tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi və maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş işlər və növbəti hesabat müddətinə qədər planlaşdırılan tədbirlərə dair təqdimatla çıxış edib.

Tədbirdə Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin müdiri Yerun Villems, NİRAS şirkətinin nümayəndəsi Björn Hansson və layihənin meneceri Eliza Domagalska çıxış edərək layihənin icra vəziyyətinə və planlaşdırılmış fəaliyyətlərə dair fikirlərini bildiriblər.  


5 il əvvəl