Azərbaycan Təhsil Şəbəkəsi genişlənir
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın Fəaliyyət Planına uyğun olaraq, 2018-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 46 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub.
İndiyədək ATŞ-ə qoşulmuş 2370 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb. 2018-2019-cu tədris ilində əlavə olaraq 485 təhsil müəssisəsinin də ATŞ-yə qoşulması nəzərdə tutulub. Hazırda ATŞ-yə qoşulmuş ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 82%-nə və pedaqoji heyətin 72%-nə faizinə bərabərdir.
ATŞ ölkədə tədris prosesini daha effektiv qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin yayılmasını təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər.
İnternetin geniş miqyasda informasiya mənbəyi olduğunu nəzərə alaraq, bu məlumatların yaş məhdudiyyəti olmadan nəzarətsiz yayılmasının qarşısının alınması və uşaqların arzuolunmaz məlumatlara çıxışının məhdudlaşdırılması məqsədi ilə ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet filtrasiya sistemi tətbiq olunur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.
Onu da qeyd edək ki, cari ilin 22 iyun tarixində Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası arasında “Avropanın elm və təhsil qurumları üçün kompüter şəbəkəsi”nin (GEANT) yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə Avropa Birliyinin “EaPConnect” layihəsi çərçivəsində göstərdiyi dəstəyin Azərbaycanın elm və təhsil müəssisələri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi, Avropanın elm və təhsil qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və “EaPConnect” layihəsi çərçivəsində GEANT Şəbəkəsinə qoşularaq institutun əldə etdiyi genişzolaqlı şəbəkə xidmətlərinin ölkənin ali təhsil müəssisələrinin istifadəsinə təqdim edilməsi məsələləri öz əksini tapıb. Tədbirdə GEANT Şəbəkəsinin Avropada 3500-dən çox təhsil müəssisəsini (30-dan çox ölkə) birləşdirən multi-giqabayt internet şəbəkəsi olması, təhsil ehtiyaclarından əlavə olaraq, İP xidmət keyfiyyəti (QoS), Multicast, virtual özəl şəbəkə ilə təmin etməsi, məlumatların ötürülmə sürətinin 1-dən 10 giqabayt saniyədə təşkil etməsi, elektron kitabxana və resurslara giriş imkanının olması kimi üstünlükləri qeyd edilib.
5 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55