• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 60 bal

İyulun 23-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində riyaziyyat fənni üzrə bir nəfər müəllim yüksək nəticə göstərib. Belə ki, imtahanda iştirak edən Göyçay rayonunun Cəyirli kənd sakini Fidan Hacıyeva ona təqdim olunan bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb.

Qeyd edək ki, iyulun 23-də keçiriləcək imtahanda 3524 namizədin iştirakı nəzərdə tutulur.


5 il əvvəl