Müəllimlərin işə qəbulu üzrə növbəti imtahan iyulun 23-də keçiriləcək
İyulun 20-də ingilis və alman dilləri üzrə keçirilmiş test imtahanlarında 2918 nəfər iştirak edib.
Namizədlər arasında ən yüksək nəticə olaraq ingilis dili üzrə 54, alman dili üzrə isə 56 bal qeydə alınıb. İyulun 23-də keçiriləcək riyaziyyat üzrə test imtahanlarında 3524 namizədin iştirakı nəzərdə tutulur.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
5 il əvvəl
Digər xəbərlər
-
Vətəndaş müraciətlərinin statistikası
18.03.2024 - 15:16 -
Qrant müsabiqəsi çərçivəsində layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat başlayır
15.03.2024 - 17:32 -
“Məktəbli könüllü” proqramının açılış mərasimi keçirilib
15.03.2024 - 17:00 -
“Azərbaycan müəllimi” qəzeti rebrendinq müsabiqəsi elan edir
15.03.2024 - 10:03 -
Nazir müavini İdris İsayev Abşeronda vətəndaşları qəbul edib
14.03.2024 - 14:39