20.07.2018

Müəllimlərin işə qəbulu üzrə imtahanın izlənilməsi infotur

İyulun 20-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə infotur təşkil edilib.

Tədbirdə sosial mediada fəal olan şəxslər, eləcə də bir qrup media nümayəndəsi iştirak edib.

Qonaqlar imtahanın gedişini yaxından izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar. Bildirilib ki, imtahanda gün ərzində 4 min nəfərə yaxın şəxsin imtahan verməsi üçün hər cür şərait yaradılıb.

İyulun 19-da ibtidai sinif müəllimliyi və ingilis dili üzrə keçirilmiş test imtahanlarında 2958 nəfər iştirak edib, namizədlər arasında ən yüksək nəticə olaraq ibtidai sinif müəllimliyi üzrə 57, ingilis dili üzrə  58 bal qeydə alınıb.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.


Açar sözlər: