• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

IV Respublika fənn müsabiqələrinin nəticələri açıqlanıb

Ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında keçirilən IV Respublika fənn müsabiqələrinin nəticələri elan olunub. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 155 nəfər qalib elan olunub. Onlardan 26 nəfər qızıl, 51 nəfər gümüş, 78 nəfər isə bürünc medal qazanıb.

Fənn müsabiqələri  riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilib. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.

Müsabiqə 2 mərhələdə təşkil olunub. Birinci mərhələdə 60 faizdən yüksək nəticə göstərən şagirdlər final mərhələdə iştirak etmək hüququ qazanıb. İkinci mərhələdə riyaziyyat fənni üzrə 534, fizika fənni üzrə 350, kimya fənni üzrə 136, biologiya fənni üzrə 208, informatika fənni üzrə 135 nəfər olmaqla 1363 nəfər şagird iştirak edib.

Müsabiqənin nəticələri ilə www.olimpiada.edu.az saytında tanış olmaq mümkündür.


5 il əvvəl