• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş təsviri sənət müsabiqəsi

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş respublika təsviri sənət müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Xalq Cümhuriyyəti tarixini məktəblilər arasında təbliğ etmək, dövlətçilik ənənələrimizi, milli-mənəvi dəyərlərimizi qorumaq və inkişaf etdirmək, təsviri sənət vasitəsi ilə istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir.

Müsabiqə 10–17 yaş arası uşaq və gənclər olmaqla, 10-13 və 14-17 yaş kateqoriyaları üzrə təşkil edilib. Müsabiqədə respublika üzrə fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat məktəblərinin şagirdlərinin, məktəbdənkənar müəssisələrin dərnək üzvləri iştirak ediblər.

II mərhələ üzrə keçirilən müsabiqəyə respublika üzrə 100 tədris müəssisəsi qatılıb və 498 rəsm işi təqdim edilib.

Müsabiqənin II mərhələsinə təqdim olunan rəsm əsərlərinin qiymətləndirilməsində Təhsil Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən ibarət münsiflər heyəti iştirak ediblər.

Mövzular üzrə ümumilikdə 21 qalib və 18 həvəsləndirici yerl münsiflər tərəfindən seçilib. Qaliblər diplom və hədiyyələr ilə mükafatlandırılıb.


5 il əvvəl