• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin nümayəndə heyəti Koreyada səfərdədir

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Koreya Respublikasına səfər edib. Nümayəndə heyətinin tərkibinə Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili daxildir.

Səfərin ilk günü Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutunda (KRIVET) görüşlər keçirilib. Görüşlərdə Koreya Respublikasının peşə təhsil sahəsində təcrübəsinin öyrənilməsi, həyata keçirilən layihələr və qarşılıqlı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub, peşə təhsili müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra nümayəndə heyəti Koreya İnsan Resursları İnkişafı Xidmətinin prezidenti Dong Man Kimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı peşə təhsili sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib, Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinə cəlb ediləcək ixtisaslı kadrların təlimləndirilməsi və hazırlığı məsələləri, tədris proqramlarına dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti “Hyundai Motor Company” və “POSCO” polad istehsalı müəssisələrinə səfər edib, müəssisələrdə təlim və işə qəbulolunma şərtləri ilə yaxından tanış olub.

Koreya Dövlət Politexnik Peşə məktəbindəki görüş zamanı peşə məktəblərinin idarəedilməsi, keyfiyyət təminatı və monitorinqinə dair məsələlər müzakirə edilib, məktəbin sinif otaqları və emalatxanalarına baxış keçirilib.


5 il əvvəl