“Clarivate Analytics” onlayn seminarlara start verib
İyunun 19-dan “Clarivate Analytics” şirkəti tərəfindən elmi nəşrlərlə bağlı aktual məsələlərə həsr olunmuş növbəti silsilə onlayn seminarlara start verilib.
Seminarlarda məqalə və hesabatların hazırlanmasının müxtəlif mərhələlərində informasiya resurslarının funksiyaları, elm sahələri üzrə ən nüfuzlu və uyğun jurnalların axtarıb tapılması, beynəlxalq elmi jurnallarda nəşr olunma prinsipləri və tələbləri, "yırtıcı" jurnallardan qorunmağın yolları, elmi təşkilatların akademik fəaliyyətini və effektivliyini qiymətləndirmək mexanizmləri, habelə digər aktual məsələlərə toxunulacaq.
İyunun 28-dək davam edəcək seminarlar ödənişsizdir və rus dilində aparılır. Seminarın sonunda iştirakçılara sertifikat veriləcək. Növbəti onlayn seminarlar cari ilin oktyabr-noyabr aylarında keçiriləcək.
Seminarlar üçün qeydiyyatdan keçmək vacibdir.Qeydiyyata dair video təlimat və seminarlara qoşulma ilə bağlı ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.
5 il əvvəl
Digər xəbərlər
-
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib
17.04.2024 - 15:05 -
Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb
16.04.2024 - 17:28 -
Vətəndaş müraciətlərinin statistikası
16.04.2024 - 16:22 -
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
16.04.2024 - 11:00 -
Tələbələr arasında stolüstü tennis üzrə çempionat keçirilib
15.04.2024 - 17:07