• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri təhsildə fərqlənən məzunlarla görüşüb

İyunun 14-də təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb.

Tədbirdə Respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri iştirak edib.

Təhsil naziri Ceyhun Bayramov məzunları təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib və onlara yeni-yeni nailiyyətlər arzulayıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir başa çatan tədris ilinin uğurlarla yadda qaldığını deyib. Nazir qeyd edib ki, ötən tədris ilində təhsilin bütün pillələrində - məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinədək müsbət dinamika müşahidə olunub.

Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və müvafiq sahədə böyük nailiyyətlərin əldə olunduğunu vurğulayan Ceyhun Bayramov bildirib ki, bu mötəbər yarışlara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlanılması şagirdləri müvəffəqiyyətlə çıxış etməyə ruhlandırır.

Belə ki, fənn olimpiadalarında hər il iştirakçı sayının artdığı müşahidə olunur. Bu il bilik yarışlarına 33 mindən çox şagird qatılıb.

Ceyhun Bayramov məzunların növbəti təhsil pilləsində də uğur qazanacaqlarına və əldə etdikləri təcrübənin gələcəkdə daha böyük nailiyyətlər üçün onlara imkanlar yaradacağına əminliyini ifadə edib.

Görüşdə məzunlara ümumi təhsili yüksək nailiyyətlərlə başa vurduqlarına görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” təqdim edilib.

Sonda xatirə fotoşəkli çəkilib.


5 il əvvəl