• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“SABAH” incəsənət festivalı keçirilib

İyunun 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “SABAH” incəsənət festivalının bağlanış mərasimi keçirilib.

Festivalın keçirilməsində məqsəd SABAH qrupları layihəsinin incəsənətlə bağlı müvafiq ali təhsil müəssisələrində təhsil alan tələbələrinin nailiyyətlərini nümayiş etdirmək,  tələbələrin təhsilə və yaradıcılığa həvəsini artırmaq və milli mədəniyyətimizi təbliğ etməkdir.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimləri, ali təhsil müəssisələrinin rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  SABAH qruplarının tələbələrinin müxtəlif layihələri, əl işləri ilə tanış olublar.

Daha sonra tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı tamaşa nümayiş olunub.

Sonra Bakı Musiqi Akademiyasının SABAH tələbələrinin ifasında musiqi proqramı təqdim edilib.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolundan, ölkəmizdə bu sahənin inkişafı ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb. Nazir SABAH qrupları tələbələrinin festivalın keçirildiyi iki gün ərzində təqdim etdiyi nümunələrin təqdirəlayiq olduğunu bildirib və bu cür tədbirlərin miqyasının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edilib ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb.

Tədbirin sonunda festivalın təşkilinə göstərdikləri xüsusi dəstəyə görə müvafiq ali təhsil müəssisələrinin rəhbərlərinə təşəkkürnamələr təqdim olunub, bu müəssisələrin bir qrup əməkdaşı diplomlarla təltif edilib.

Festival Təhsil Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı ilə təşkili olunub. SABAH qruplarının incəsənətlə əlaqədar 4 ali təhsil müəssisəsinin-Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Musiqi Akademiyasının iştirakı ilə təşkil edilən festivala iyunun 10-dan start verilib. Həmin gün ADMİU-nun "Səda" Tədris Teatrında SABAH qrupları müəllimləri və tələbələrinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə hazırladığı “Hərə bir qəhrəman” tamaşası təqdim edilib. İçəri Şəhərdə  Qoşa Qala qapısı meydanında isə SABAH qrupları layihəsinin incəsənətlə bağlı müvafiq ali təhsil müəssisələrində təhsil alan tələbələrin nailiyyətləri nümayiş olunub. Həmçinin canlı tamaşalar göstərilib, klassik musiqi əsərləri ifa olunub, rəssamlıq, keramika, xalçaçılıq, qobelen və dizaynla əlaqədar SABAH tələbələrinin nailiyyətləri təqdim edilib.

Festival çərçivəsində incəsənətin müvafiq sahələri üzrə  ustad dərsləri də keçirilib.

 

 

 

 


5 il əvvəl