Pedaqoji mühazirələr keçirilib
İyunun 9-da 132-134 nömrəli təhsil kompleksində “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələr keçirilib.
Mühazirələrdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin nümayəndələri, məktəb rəhbərləri, tanınmış təhsil işçiləri iştirak edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov pedaqoji mühazirələri dinləyib, bu mühazirələrdə çıxış edən müəllimlərə öz tövsiyələrini verib. Nazir müavini pedaqoji mühazirələrin müəllimlərin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını bildirib, müəllimlərin iş təcrübələrinin digər həmkarları arasında yayılmasının faydalı olacağını vurğulayıb.
Pedaqoji mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.
Pedaqoji mühazirələr 2 mərhələdə-rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil olunmuşdur. Rayon (şəhər) mərhələsinin qaliblərinin mühazirələri respublika mərhələsinə təqdim olunub. Respublika mərhələsində proqrama 14 bölmə üzrə 114 pedaqoji mühazirə daxil edilib. Pedaqoji mühazirələr hər bir bölmə üzrə bölmə rəhbərləri və üzvlər tərəfindən dinlənilib və 10 ballıq sistemlə qiymətləndirilib.
Pedaqoji mühazirələrin yazılmasında ümumi təhsil sistemində çalışan işçilər-müəllimlər, məktəb rəhbərləri, metodistlər, məsləhətçilər, psixoloqlar iştirak ediblər.
5 il əvvəl
Digər xəbərlər
-
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00 -
Tələbələr arasında voleybol üzrə çempionat keçirilib
22.04.2024 - 14:14 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00