• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Turizm sahəsində yeni kurikulumlar hazırlanacaq

İyunun 4-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilib.

Görüşdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkə üzrə rəhbəri Sonia Fontaine, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Təhsil İnstitutunun nümayəndələri və alman ekspertləri iştirak edib.

Görüşün əsas məqsədi Avropa İttifaqının maliyyə dəstəyi ilə GİZ tərəfindən həyata keçirilən “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsil və təlim pilotlarının yaradılması” layihəsi  çərçivəsində səriştə əsaslı kurikulum modelinə uyğun olaraq turizm sahəsində yeni kurikulumların hazırlanmasına dair müzakirənin keçirilməsi olub.

Görüşdə dual peşə təhsilinin xüsusiyyətləri və turizm sahəsində sistemin tətbiq olunması üçün imkanlar müzakirə edilib. Eyni zamanda müəllimlərin hazırlanması mexanizminin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

İştirakçılar kurikulumun hazırlanmasında işəgötürənlərin və sənayenin yaxından iştirakının vacibliyini vurğulayaraq, hazırlanacaq təhsil proqramlarında turizm sənayesində tələb edilən bütün əsas səriştə və bacarıqların tədrisini və tədrisin bir hissəsi kimi iş yerində təcrübə komponentinin daxil edilməsini qeyd edib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.


5 il əvvəl