“Təhsil Liqası”na yekun vurulub
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2017-2018-ci il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib.
Bakı şəhəri 248 və 267 nömrəli tam orta məktəblərin ərazisində yerləşən mini futbol meydançalarında keçirilən yarışlarda hər liqa üzrə I yerə "Qarabağ" Futbol Klubunun, II yerə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə "Keşlə" Futbol Klubunun komandası layiq görülüb. U-9 liqasında “Ən yaxşı oyunçu” nominasiyasına Keşlə FK-dan Elşən Hidayətov, “Ən yaxşı bombardir" nominasiyasına Qarabağ FK-dan Onur Əliyev, U-8 liqasında "Ən yaxşı oyunçu" nominasiyasına “Təhsil” Sumqayıt komandasından Mirzə Məmmədli, "Ən yaxşı bombardir" nominasiyasına Qarabağ FK-dan Uğur Qurbanlı layiq görülüb.
Qaliblər diplom, kubok və medallarla təltif olunub.
Qeyd edək ki, 13 oktyabr 2017-ci il tarixindən hər liqa üzrə keçirilən yarışlara idman məktəblərindən və futbol klublarından 12 komanda qatılıb, ümumilikdə 264 oyun keçirilib. FİFA-nın mövcud qaydaları əsasında keçirilən yarışlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub.
Liqaların keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması və onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarət olub.
5 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00